Hadisə

Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb

11 Aprel 2021 12:04
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.

"Prado" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü  Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü  Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü  Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü  Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.