Hadisə

Qadın özünü maşının altına atdı - Bakıdakı qurama qəzanın VİDEOsu

23 Mart 2021 18:27
Baxış: 2 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq neçənci dəfədir ki, dələduzluqla məşğul olan bəzi şəxslər özünü bilərəkdən hərəkətdə olan maşının qarşısına ataraq sürücüyə problem yaratmağa, bununla da müəyyən qazanc əldə etməyə çalışır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna oxşar daha bir "qəza" ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, naməlum qadın hərəkətdə olan bahalı maşının qarşısına çatanda özünü bilərəkdən yerə atır. Daha sonra isə ssenarinin digər iştirakçıları yerə yıxılan qadının ətrafına toplaşaraq səs-küy salırlar. Qurama qəzanın iştirakçıları bu üsulla sürücünü şərləməyi hədəfləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.