Hadisə

Gəncədə partlayıcı pirotexniki vasitələr aşkarlanıb - FOTO

25 Dekabr 2020 10:34
Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K. Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. K. Hüseynova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.