Hadisə

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat etdi

20 İyul 2020 19:11
Baxış: 5 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya mərhumun qardaşı, professor İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, 69 yaşlı Cəbrayıl İsrafilov bu gün koronavirusdan vəfat edib.

Mərhum sabah dəfn ediləcək.

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə "YUĞ" Teatrının direktoru vəzifəsində çalışıb. 

Allah rəhmət eləsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.