Hadisə

Gürcüstan Azərbaycanla sərhədləri bağladı? - RƏSMİ AÇIQLAMA

27 Fevral 2020 09:53
1 Şərh     Baxış: 3 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Gürcüstan Baş Nazirinin Administrasiyasından açıqlama verilib.

Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət, sadəcə, İranla gediş-gəlişlərə tətbiq edilib", - açıqlamada bildirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi də APA-nın yerli bürosuna açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.