Hadisə

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

15 Fevral 2020 18:54
0 Şərh     Baxış: 2 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini E.Kərimov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 13-də saat 22 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ.Tağızadəyə məxsus "Mercedes" markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, ƏÇPA və 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov qeyd edilən avtomobillə birgə saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.