Qaxda dördotaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata əsasən, Qax rayonunun Qorağan kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 120 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az