Qaxda dördotaqlı evdə yanğın baş verib

9 Fevral 2020 14:39

Qaxda dördotaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata əsasən, Qax rayonunun Qorağan kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 120 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az