Hadisə

Pilləkəndən yıxılan Afaq Bəşirqızının yeni FOTOsu

28 Yanvar 2020 12:13
3 Şərh     Baxış: 3 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Afaq Bəşirqızının yeni fotosu yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl pilləkəndən yıxılaraq, xəsarət alan aktrisa qatıldığı tədbirdə də çox gəzməməsi, oturması ilə diqqət çəkib.

Bəşirqızının fotosunu bəstəkar Gövhər Həsənzadə İnstaqram səhifəsində yayımlayıb.

Qeyd edək ki, A.Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb. Hadisə aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.

O, liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. Bəşirqızı 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.