Hadisə

Rusiyada azərbaycanlı biznesmen külli miqdarda cərimələndi

9 Yanvar 2020 17:18
0 Şərh     Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sankt-peterburq şəhərində qanunsuz spirtli içki alveri ilə məşğul olan azərbaycanlı biznesmen cərimə edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bayram X. adlı iş adamı qanunsuz spirtli içki alveri ilə məşğul olub.

Hüquq mühafizə orqanları əməkdaşları apardıqları yoxlama nəticəsində "Üç müşketyorun ərzaqları" dükanından lisenziyasız spirtli içki aşkar ediblər.

Bayram X.-nın 180 min rubl (4,986 AZN) dəyərində 188 ədəd lisenziyasız alkoqol məhsulun satış üçün hazırlandığı məlum olub.

Məhkəmə qərarına əsasən azərbaycanlıya 120 min rubl (3,324 AZN) cərimə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.