Hadisə

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb - FOTO

19 Avqust 2025 17:00
Baxış: 568
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov dostları ilə qaçışdan sonra göldə əl-üzünü yuyan zaman ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb.

Tohid Ələsgərovun güləşlə məşul olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.