Avropa çempionu və dünya birinciliklərinin mükafatçısı Mahmud Kamoun (B-Boy Mahmood kimi tanınan) ilk Beynəlxalq Baku Flow breyk-dans çempionatının ərəfəsində iştirakçılara və qonaqlara videomüraciət ünvanlayıb.
O, bu möhtəşəm tədbirin "bibər kimi isti" olacağını bildirib.
Xatırladaq ki, Azərbaycan Rəqs İttifaqının (AzDC) təşkilatçılığı ilə keçiriləcək Baku Flow-da 20-dən artıq ölkədən qonaqlar iştirak edəcək, beynəlxalq münsiflər heyəti yer alacaq. Yarışlar 6-7 sentyabr tarixlərində Baku Marriott Hotel Boulevard-da baş tutacaq və Şərq mədəniyyətini müasir rəqslə birləşdirəcək.
Qonaqlara müxtəlif istiqamətlər üzrə rəqqasların möhtəşəm çıxışları, həmçinin beynəlxalq səviyyəli münsiflər və titullu rəqqaslar tərəfindən ustad dərsləri təqdim olunacaq. Baku Flow-un əsas məqsədi breyk-dansın yalnız dəbli və üslublu bir janr olmadığını, eyni zamanda peşəkar idman növü kimi fiziki gücü, dözümlülüyü, kreativliyi, emosional ifadəliliyi və özünəinamı inkişaf etdirdiyini nümayiş etdirməkdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az