Amerika

Rusiya-Ukrayna müharibəsi bitir?

19 Avqust 2025 15:44
Baxış: 530
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, yaxın həftələrdə Ukrayna münaqişəsinin danışıqlar vasitəsilə həll olunub-olunmayacağı məlum olacaq.

Milli.Az xəbər verir ki, bu fikri Ağ Evdə Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüş zamanı bildirib.

Tramp həmçinin rusiyalı və ukraynalı həmkarlarının iştirakı ilə üçtərəfli görüşün təşkil ediləcəyinə əminliyini ifadə edib. ABŞ lideri qeyd edib ki, vacib olan bu görüşün keçirilməsi deyil, onun vaxtıdır.

"Biz bu görüşün nə vaxt baş tutacağına aydınlıq gətirdikdə, müsbət nəticələrin görünəcəyinə inanıram", - Tramp əlavə edib. Zelenski isə Trampın təşəbbüsünü dəstəklədiyini və yaxın günlərdə Rusiya Prezidenti ilə görüşməyə hazır olduğunu vurğulayıb.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.