Şou-biznes

Brilliant Dadaşovadan Rəqsanənin həbsinə reaksiya - FOTO

18 Avqust 2025 19:06
Baxış: 599
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Brilliant Dadaşova müğənni Rəqsanə İsmayılovanın həbs olunmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, bu barədə o, "İnstagram" hesabında paylaşım edib. 

Rəqsanənin həbs olunması ilə bağlı xəbəri paylaşan Dadaşova "Nə olubsa, düzünü Allah bilir. Məyus oldum", - deyə, vurğulayıb.

Qeyd edək ki, Rəqsanə İsmayılova Müğənni Rəqsanə İsmayılova dələduzluq ittihamı ilə həbs edilib. Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.