Hadisə

Azərbaycanda dəhşətli hadisə: Qəzaya səbəb olan sürücü kömək etmək əvəzinə aradan çıxdı

3 Yanvar 2020 11:14
1 Şərh     Baxış: 1 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda baş verən dəhşətli qəza anı kameraya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,hadisə Hacıqabul rayonunda baş verib.

Belə ki, yolun ikinci zolağından geriyə dönmə əməliyyatı etmək istəyən "VAZ 2106" markalı avtomobil arxadan gələn "Mercedes"in qəzaya uğramasına səbəb olub. Qəza zamanı  "Mercedes" markalı maşın dəmir arakəsmələrə çırpılıb.

"06"nın sürücüsü isə heç nə olmamış kimi geriyə dönmə əməliyyatını başa çatdırıb və hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.