Hadisə

Xaçmaz xəstəxanasında kişi antibiotikdən öldü - YENİLƏNİB

11 Sentyabr 2025 18:09
Baxış: 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

18:09

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında vətəndaşın antibiotik iynəsindən həyatını itirdiyi təsdiqlənib.

Milli.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 16:00-da 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs üçlü sinirin nevralgiyası, astenonevrotik vəziyyət, xroniki haymoritin kəskinləşməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onda vurulan antibiotik inyeksiyası sınağından sonra allergik reaksiya nəticəsində anaflaktik şok baş verib. Həkimlərin çoxsaylı səyləri və göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 16:10-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Ailə üzvləri meyitin təşrih üçün göndərilməsindən imtina edib", - deyə məlumatda bildirilir.

--------
17:31
Xaçmazda xəstəxanada ölüm hadisəsi olub.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzi xəstəxanasında qeydə alınıb.

Qaraçı kənd sakini 45 yaşlı Rahim Tarıyel oğlu Məmmədov burada vurulan antibiotik iynəsindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.