Siyasət

Serdar Kılıç: Ermənistan sərhədin açılmasına müsbət yanaşır

11 Sentyabr 2025 19:57
Baxış: 379

Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç jurnalistlərə açıqlamasında deyib. 

"Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur", - o, bildirib. 

Onun sözlərinə görə, Ermənistandakı xüsusi nümayəndə ilə bir sıra işlər aparılır və gələcəkdə iki ölkənin, xüsusilə bu bölgənin iqtisadi həyatına töhfə verilməsi nəzərdə tutulur. 

Diplomat bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Alican sərhəd qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.