Gürcüstan

Gürcüstanın həbsdə olan keçmiş müdafiə naziri xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

11 Sentyabr 2025 19:17
Baxış: 324
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

19:17

Gürcüstanın həbsdə olan keçmiş müdafiə naziri Cuanşer Burçuladze beyin silkələnməsi səbəbindən təcridxana əvəzinə xəstəxanaya yerləşdirilib.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

"Saxlanılan zaman Cuanşer Burçuladze bildirib ki, bir neçə gün əvvəl Kaxetiyada kvadrasikldən yıxıldıb və yüngül beyin silkələnməsi alıb, buna görə həkim ona yataq rejimi təyin edib və onun tibb müəssisəsinə köçürülməsini istəyib", - qurumun bəyanatında deyilir.

18:21

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni həbs edib.

Milli.Az xəbər verir ki, Burçuladze məhkəmənin qərarı əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanılıb.

Hazırda istintaqın davam etdiyi, əlavə detalların yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.