Türkiyənin tanınmış aktrisası Ebru Şahin həyat yoldaşının qələbəsinə sevinərək duyğulu anlar yaşayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, EuroBasket 2025-in 1/4 final mərhələsində Türkiyə millisinin Polşanı 91:77 hesabı ilə məğlub etməsindən sonra aktrisa həyat yoldaşı, komandanın kapitanına sarılaraq göz yaşlarını saxlaya bilməyib.
Onların bu sevinc dolu anları sosial şəbəkələrdə geniş müzakirə olunub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Qələbəni birlikdə qeyd edən cütlüyün fotoları və görüntüləri çoxsaylı bəyənmələr toplayıb.
Hüseyn
Milli.Az