Maraqlı

Bədənin bu hissəsi qadının yaşını göstərir

11 Sentyabr 2025 22:08
Baxış: 1 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın Komplutense Universitetində estetik tibb üzrə magistratura professoru Mariya Anxeles Lopes Marin bildirib ki, insanın yaşını qulaq məməsi ələ verir.

Milli.Az xəbər verir ki, ekspertin sözlərinə görə, zaman keçdikcə qulaq məməsi kollagen və elastinin reabsorbsiyası səbəbindən incəlməyə məruz qalır.

Onun qeyd etdiyinə görə, klips və ağır sırğalar qulaq məməsinin qocalma prosesini sürətləndirir.

Marin hesab edir ki, xanımlar cavanlaşma üçün kosmetoloqa müraciət etdikdə, bu nahiyəyə də diqqət yetirməlidirlər. Onun dəqiqləşdirdiyinə görə, qulaq məməsinin cavanlaşdırılması üçün hialuron turşusu əsaslı preparatlar istifadə olunur. (lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.