İdman

Əfsanəvi futbolçunun oğlu Azərbaycan klubunda - FOTO

11 Sentyabr 2025 17:50
Baxış: 423
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, gənc futbolçu Aaron Maluda Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.

Maluda Fransanın "Olimpik" (Lion) klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Qeyd edək ki, Aaron Maluda Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun əfsanəsi Floran Maludanın oğludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.