Erməni təxribatının qarşısı alındı: düşmənin atəş nöqtələri susduruldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub.
Milli.Az xəbər verir ki, bu barədə son günlər Ermənistan mətbuatının guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinə yaxın ərazilərdə yerləşən erməni kəndlərinin atəşə tutulması barədə yaydığı xəbərlərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər:
"Ermənistan hakimiyyəti tərəfindən yayılan bu kimi xəbərlər hərbi ittifaqda olduğu müxtəlif ölkələri aldadaraq öz çirkin avantürasına cəlb etmək və həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmaq məqsədini daşıyır. Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub".
Nazirlikdəb bildirilib ki, bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub: "Vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla dost olmayıb
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Acun Ərdoğana hədiyyə verdi - FOTO
-
BDU-nu maksimal nəticə ilə bitirən məzunların adı açıqlandı
-
"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"
-
Bakıda qeyri-idman rəqsləri üzrə Azərbaycan çempionları müəyyənləşdi: Zəfərlə dolu mövsümün yekunları - FOTO
-
ADY yay mövsümündə sərnişindaşıma xidmətini intensivləşdirir
-
Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı
-
Çinarə ana oldu
-
Tramp İranla müqavilənin imzalanacağı tarixi açıqladı
-
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
-
Mourinyo "Qalatasaray"ın hədəfindəki ulduzu razı saldı
-
Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
-
ABŞ və İran razılığa gəldi - Şahbaz Şərif
-
"Qarabağ"dan daha bir transfer
-
Anass Derrazın cəzası azaldılıb
-
Serdar Ortaçın vəziyyəti pisləşdi
-
Əraqçi: Sülhə heç vaxt olmadığı qədər yaxınıq
-
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
İki nəfər kanalda batıb
-
Gədəbəyə diametri 11 mm olan dolu düşüb
-
BDU-nun 6200-dən çox tələbəsi məzun olur
-
HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - FOTO
-
11 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi





