Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla dost olmayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xocalı hadisələri dövründə atamın davranışları bizim yaddaşımızda qalıb. Bakıya gedəndə bizim paltarlarımızdan, uşaq əşyalarımızdan götürərdi və əsirlikdən geri qaytarılmış uşaqlara aparardı.
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qızı Zümrüd Bağırova EDnyus-a geniş müsahibəsində deyib.
O, atası ilə bağlı xatirələrindən danışıb:
"Bir dəfə əsirlikdən çıxarılan balaca oğlan uşağı ilə bağlı evdə söhbət olmuşdu. Uşağın valideynləri tapılmamışdı. Atam hətta demişdi ki, əgər yaxınları tapılmasa, bizdə qalar, bizim ailənin bir üzvü kimi böyüyər. Sonradan məlum oldu ki, qohumları tapılıb və uşağı aparıblar. Bu hadisə mənim üçün atamın necə insan olduğunun ən böyük göstəricilərindən biridir".
Zümrüd Bağırova əsirlər məsələsinin atası üçün ağır mövzu olduğunu bildirib:
"Bəzən evdə danışırdı ki, əsirlikdən qayıdan insanların vəziyyəti çox ağır olurdu. Xüsusilə qadınlar və qızlarla bağlı hadisələr onu sarsıdırdı. Deyirdi ki, bəzən insanlar o qədər ağır vəziyyətə salınırdı ki, onların ailəyə qaytarılması prosesi belə çox həssas yanaşma tələb edirdi. Atam bu insanların ləyaqətinin qorunmasına xüsusi diqqət göstərirdi. Bu gün bəzən kənardan baxıb asan mühakimə edənlər olur. Amma həmin dövrün ağırlığını yaşayanlar vəziyyətin necə çətin olduğunu bilir".
O, həmçinin atası və Vitali Balasanyanla bağlı səslənən fikirlərə aydınlıq gətirib:
"Bu mövzu ailə olaraq bizi həmişə narahat edib. Açıq şəkildə demək istəyirəm ki, atam heç vaxt Vitali ilə dost olmayıb. İnsanlar əsir dəyişdirilməsi prosesini şəxsi münasibətlə qarışdırırlar. Atamın məqsədi yalnız insanları sağ qaytarmaq idi. Bizə ağır gələn odur ki, bəzən onun qəhrəmanlıqları, gördüyü böyük işlər yox, məhz bu mövzular qabardılır. Halbuki o, şəhid olandan sonra həmin fəaliyyəti davam etdirən çox az adam oldu".
Qeyd edək ki, bu gün, iyunun 12-də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasından 34 il ötür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)





