Hadisə

"Dedim ki, sobanın tüstüsü deyil evim yanır" - Oğlu ilə yaşayan ananın evi yanıb kül oldu - VİDEO - FOTO

6 Fevral 2017 23:27
0 Şərh     Baxış: 1 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişli rayonunun Cavadxanlı kənd sakinləri olan Bayramovlar ailəsinin fərdi evi yanıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, ev sahibi Şəhla Bayramova deyir ki, hadisə onlar evdə olmayan zaman baş verib.

Şəhla Bayramova - ev sahibi: "Bazardan gələndə gördüm ki, evdən tüstü çıxır. Qonşum dedi ki, sobanın tüstüsüdür. Dedim ki, sobanın deyil evim yanır. Biz gəlincə ev yandı".

Ev sahibi bildirir ki, içəridə olan televizor aparatı, bir neçə gün öncə heyvanını sataraq əldə etdiyi pul, qızıl və başqa əşyalar yanıb. ŞəhlaBayramovanın atası Mirqayıb Ağayev isə deyir ki, qışın bu çağında qızının ailəsini  harada yaşayacağı sual altındadır.

Mirqayıb Ağayev - ev sahibinin atası: "Tək uşaqdır. Bir oğlu var. O, da bu gün sabah əsgər gedəcək. Bu ana qışın bu günü harada qalacaq bilmirəm".

Yanğın nəticəsində ümumi sahəsi 24 kv.m olan ev tamamilə yanıb. Hadisə yerinə İmişli rayonu yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafdakı tikilərə yayılmasının qarşısı alınıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.