Saxta vəkil məhkəmədə iştirak etmək istədi - İfşa olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəzər Rayon Məhkəməsi saxta vəkilliklə məşğul olan şəxsi ifşa edib.
Milli.Az-ın məlumatına görə, məhkəmənin icraatında olan işə baxılarkən Əlioğlu Bayram Qardaşəli oğlu iddiaçının "vəkil"i qismində məhkəmə iclasında iştirak etməyə cəhd göstərib.
Məhkəmə baxışı zamanı həmin şəxs "vəkil" mantiyasında olub və sonradan saxtakarlığı müəyyən olunan "order"i məhkəməyə təqdim edib. Lakin onun hərəkətləri işə baxan hakimdə şübhə yaratdığına görə təqdim etdiyi "order" yoxlanılıb, həmin "order"in həqiqi olmadığı müəyyən edilib. Həmçinin Vəkillər Kollegiyası ilə əlaqə saxlanılaraq bu adda vəkilin kollegiyanın üzvü olmadığı dəqiqləşdirilib.
Eyni zamanda araşdırma ilə müəyyən edilib ki, B.Əlioğlu Xəzər Rayon Məhkəməsində olmayan tələb üzrə saxta qətnamə də tərtib edib. Belə ki, saxta qətnaməni məhkəməyə təqdim edərək icraya yönəldilməsini xahiş edib. Lakin məhkəmə tərəfindən sözügedən qətnamə üzrə mülki iş axtarılıb, ümumiyyətlə belə bir işin icraatda olmadığı müəyyən olunub.
Nəticədə şəxs barəsində Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılaraq, həbs-qətimkan tədbiri seçilib.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Generalın saxlanılan qızının 3 ay öncəki davası - (Video)
-
Bakıda yanan 64 yaşlı kişi öldü
-
Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - (Video)
-
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - (Video)
-
Qəza törədib atasının ölümünə səbəb oldu - Məhkəmə qərar verdi
XƏBƏR LENTİ
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti - (Video)
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - (Video)





