Hadisə

Azərbaycanda polkovnik vəfat ETDİ

13 Fevral 2026 10:55
Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddət daxili işlər orqanlarında xidmət etmiş polis polkovniki Mirzə Hacıyev Bakıda dünyasını dəyişib.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun nəvəsi bildirib.

Onun verdiyi bilgiyə əsasən, Mirzə Hacıyev ötən gün günorta saatlarında vəfat edib.

Xatırladaq ki, M.Hacıyev karyerası ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb, bundan əlavə paytaxtın Xətai, Nizami, Səbail və Xəzər rayonlarında polis rəisi kimi fəaliyyət göstərib.

74 yaşlı sabiq polis rəisi 10 il öncə təqaüdə çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.