Hadisə

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı - FOTO

19 Dekabr 2025 18:13
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icraədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar təqsirləndirilən şəxsin həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı əsaslı sayaraq təmin edib. Qərara əsasən, A.Verdiyevin barəsindəki həbs qətimkan tədbirinin müddəti 2 ay daha uzadılıb.

Qeyd edək ki, hadisə ötən ayın axırında baş verib. Elektrik cərəyanı vurması nəticəsində "Lake Hotel"də işləyən 4 ofisiant həyatını itirib, onlardan böyüyünün 27, kiçiyinin isə 18 yaşı olub. Sonradan məlum olub ki, ofisiantların ölümünə səbəb olan elektrik xətti Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailəsinin bağına gedirmiş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.