Hadisə

9-cu sinif şagirdi ağır xəsarət aldı

19 Dekabr 2025 14:58
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

Milli.Az xəbər ver verir ki, rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub.

Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə ağır xəsarətlər alıb.

Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və bu zaman bədbəxt hadisə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.