Hadisə

"Gündə bir maşınla gəlirdi, bütün kənd bilirdi" - Dəhşətli QƏTL

7 Oktyabr 2025 17:25
Baxış: 636
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın 6-da Şəmkir rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları ortaya çıxıb.

Milli.Az xəbər verir ki, Şiştəpə kəndində yaşayan 41 yaşlı Röyalə Hacıyeva həyat yoldaşı Arif Hacıyev tərəfindən münaqişə zamanı qətlə yetirilib.

Hadisə ilə bağlı saxlanılan Arif Hacıyevin qardaşı Mübariz Hacıyev jurnalistlərə açıqlama verərək, cinayətin səbəbini açıqlayıb.

O bildirib ki, Röyalə Hacıyevanın Arif Hacıvə xəyanət etməsi ailədə münaqişənin əsas səbəbi olub. Mübariz Hacıyev qeyd edib ki, xəyanət faktı yazılı və video sübutlarla ortaya çıxarılıb, məhkəməyə müraciət edilərək boşanma prosesi başlayıb.

"Hər gün bir maşınla kəndə gəlirdi, bütün kənd buna şahiddir. Bu vəziyyətə hansı kişi dözə bilər?" - deyə o əlavə edib.

Faktla bağlı araşdırılmalara başlanılıb.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.