Tailandın Potonq kurort adasında 33 yaşlı meyvə satıcısı, 60 baht ödəməkdən imtina edən Azərbaycandan gələn turisti bıçaqla yaralayıb. Hadisə avqustun 8-də baş verib.
Milli.Az "The Thaiger"ə istinadən xəbər verir ki, 25 yaşlı Orxan Hidayət Oğlu səyyar tövlədən meyvə yeyib, lakin 60 baht ödəməkdən imtina edib. Bununla əlaqədar satıcı Pannavit Yenges(Pannawit Yongyosying) ilə aralarında mübahisə yaranıb və dava alovlanıb. Nəticədə satıcı azərbaycanlı turistin qarnına bıçaqla xəsarət yetirib.
Yaralı turist xəstəxanaya yerləşdirilib. Meyvə satıcısı polis tərəfindən saxlanılıb və törətdiyi əməlini etiraf edib. Hadisə ilə bağlı videogörüntülər araşdırılır./ajans.az
Milli.Az