Gəncədə "Megastore" mağazasına basqın edən Nicat Abdullayevin məhkəməsi başa çatıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 31 yaşlı N.Abdullayev Cinayət Məcəlləsinin quldurluq maddəsi üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, hadisə zamanı naməlum şəxs səhər erkən saatlarda şəhərin Xətai prospektindəki mağazaya gələrək orada 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib. Daha sonra onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq cinayətkar əməlini davam etdirib. Belə ki, naməlum şəxs mağazada içində 157 151 manat, 6040 dollar (10 268 manat) və 18 100 (350 manat) rubl olan seyfi götürərək gedib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb. Daha sonra N.Abdullayev tutulub.
Milli.Az





