Hadisə

Təcili yardım maşını piyadanı vurub öldürdü

29 Dekabr 2025 13:27
Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb.

Təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Goranboy Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 29-u saat 09:10 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (qadın) xəstəxanaya gətirilərkən həyat əlaməti müşahidə olunmayıb: "Həkimlər tərəfindən şəxsin ölüm halı təsdiq olunub.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ambulans özəl tibb müəssisələrinin birinə məxsus olan təcili tibbi yardım avtomobili olub".

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.