Altıgünlük iş həftəsinin iqtisadi effekti açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Altıgünlük iş həftəsi adambaşına düşən ÜDM-in davamlı artımını təmin etmir.
Milli.Az xəbər verir ki, bu barədə "BKS Mir investisii" şirkətinin fond bazarı üzrə eksperti Lyudmila Rokotyanskaya "gazeta"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, altıgünlük iş rejimi uzunmüddətli dövrdə səmərəli hesab olunmur. Rokotyanskaya xatırladıb ki, bir sıra digər ölkələr bu sistemdən humanist səbəblərə görə yox, effektivliyini itirdiyi üçün imtina ediblər. Ekspert qeyd edib ki, tarix boyu insanlıq səmərəsiz olan əmək formalarından mərhələli şəkildə uzaqlaşıb.
Rokotyanskaya beşgünlük iş həftəsinə keçidin müsbət nəticələrini də vurğulayıb. Onun sözlərinə görə, Henri Fordun təcrübəsi göstərib ki, əlavə istirahət günləri işçilərin alış-verişə daha çox vaxt ayırmasına səbəb olur və bu da ümumi istehlak tələbatını artıraraq iqtisadiyyata dəstək verir.
Ekspert bildirib ki, altıgünlük iş həftəsi uzun müddətdə məhsuldarlığın azalmasına gətirib çıxara bilər. Yorğunluq, işdə tükənmişlik, sağlamlıq problemləri, diqqət və yaradıcılıq qabiliyyətinin zəifləməsi bu sistemin əsas riskləri sırasındadır. Bəzi sahələrdə isə istehsalat xəsarətlərinin artması mümkündür.
Müasir tədqiqatlar iqtisadi artımın əsas mənbəyinin işlənən saatların sayı olmadığını göstərir. Rokotyanskayanın fikrincə, əsas amillər məhsuldarlıq, texnologiya, yaradıcılıq və idarəetmə keyfiyyətidir.
Bununla yanaşı, ekspert qısa müddətli istisnaları da qeyd edib. Onun sözlərinə görə, ucuz işçi qüvvəsinin çox olduğu, avtomatlaşdırmanın zəif inkişaf etdiyi və sadə əməliyyatlara əsaslanan sahələrdə altıgünlük iş həftəsi müvəqqəti müsbət nəticə verə bilər. Həmçinin bəzi startaplarda və səfərbərlik iqtisadiyyatı şəraitində bu modeldən istifadə olunur.
Mütəxəssislər isə hesab edir ki, uzunmüddətli iqtisadi inkişaf üçün əsas yol iş vaxtının artırılması yox, əmək səmərəliliyinin yüksəldilməsidir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)





