Hadisə

Qəzada həlak olan Ramin əslən Lerikdən imiş - Yenilənib - FOTO

26 Dekabr 2024 22:44
Baxış: 3 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:44

Ötən gün baş verən təyyarə qəzasında həlak olanlardan biri Ramin Ağayev haqqında yeni təfərrüat məlum olub.

Milli.Az məlumat verir ki, o, əslən Lerik rayonunun Almu kəndindəndir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan R. Ağayev "Ural Hava Yolları"nın bələdçisi idi. /"Unikal"

-----------
14:30

Qazaxıstanda qəzada həlak olan sərnişinlər arasında Ural Hava Yollarının stüardı da var.

Milli.Az xəbər verir ki, SHOT-un məlumatına görə, təyyarə qəzası nəticəsində 28 yaşlı Ural Hava Yollarının stüardesi Ramin Ağayev dünyasını dəyişib. 

O, Rusiya vətəndaşı olub və Moskvada yaşayıb.

28 yaşlı Ramin Ağayev Kirovda yerləşən Vyatka Dövlət Universitetində jurnalistika ixtisasına yiyələnib. O, Ural Hava Yollarında stüard işləyirmiş.

Ramin dekabrın 24-də altı yaşlı qardaşı oğlunu nənəsinin yanına aparmaq üçün Bakıya uçub. Dekabrın 25-də Qroznıya uçmalı, oradan da Moskvaya getməli idi.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.