AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlar arasında 49 yaşlı Qazaxıstan vətəndaşı Qauxar Şaymerdenova və onun 11 yaşlı oğlu da var.
Milli.Az qlobal.net-ə istinadən xəbər verir ki, Qauxar Şaymerdenova Asatana sakini imiş, notarius işçisi kimi fəaliyyət göstərirmiş. Mərhumun yaxın dostu olan qazaxıstanlı aparıcı Sandy Sultan onun haqda belə deyib:
"Qauxar 9 il əvvəl mənimlə təhsil almağa gəlmişdi, o vaxtdan biz dostuq. Çox mehriban, qayğıkeş, diqqətli, səmimi biri idi. Müstəqil, azadlıqsevən adam idi, səyahət etməyi sevirdi".
Milli.Az