Aktau sakinləri təyyarə qəzasında həlak olanlar üçün qan vermək üçün növbəyə dayanıblar.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Görüntülərdən bəlli olur ki, qan vermə mərkəzində 40-a yaxın növbə var. Aktau sakinlərinin sözlərinə görə, insanlar böyük istəklə oraya gedib, qan verirlər və sıra getdikcə çoxalır.
Qeyd edək ki, Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Həmin görüntüləri təqdim edirik:
Fidan
Milli.Az