Ölkə

Fransa XİN-dən müəmmalı başsağlığı

26 Dekabr 2024 23:31
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin qəzaya uğraması xəbəri Fransanı dərindən kədərləndirib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in öz saytında yaydığı başsağlığı xəbərində bildirilib.

"Fransa həlak olanların ailələrinə, eləcə də ölkələrinə dərin hüznlə başsağlığı verir və təyyarə qəzasında sağ qalanların tezliklə sağalmasını arzulayır", - deyə mətndə vurğulanır.

Parisin başsağlığı ilk baxışdan adi görünsə də, mətnin XİN saytının Qazaxıstan bölməsində yerləşdirilməsi diqqət çəkir. Görünür, Fransa rəhbərliyi bir çox dünya ölkələri və onların liderləri kimi başsağlığı mesajını birbaşa Azərbaycan hökuməti və xalqına ünvanlamağı özlərinə yaraşdırmayıblar. Yelisey sarayının humanizm prinsiplərinə öz siyasi ambisiyalarını qarışdırması isə sadəcə təəssüf doğurur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.