Portuqaliyanın "Benfika" klubunun uğurlu futbolçusu Kerem Aktürkoğlu iki ay əvvəl "hələ nişanlı deyiləm" açıqlaması ilə gündəmə gəlmişdi. İndi isə gözlənilməz şəkildə nişanlandığını elan edərək diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, "Qalatasaray"dan 12 milyon avro transfer məbləği ilə "Benfika"ya keçən Kerem Aktürkoğlu, Kocaeli doğumlu Ceren Azak ilə nişanlanıb. Kerem sosial media hesabında əlində çiçək buketi və üzük emojisi ilə bu xoş xəbəri paylaşaraq izləyicilərini təəccübləndirib.
Kerem Aktürkoğlunun nişan öncəsi keçirilən qız istəmə mərasimi həm ailəsi, həm də yaxın çevrəsi üçün yaddaqalan anlarla dolu olub. Bu xüsusi gündə Keremə ən yaxın dostlarından biri, "Qalatasaray"lı futbolçu Yunus Akgün də dəstək olub.
Kerem Aktürkoğlunun nişanlısı Ceren Azakın Uşaq İnkişafı fakültəsini bitirdiyi və Kocaeli, Başiskələdəki xüsusi təhsil mərkəzində müəllimə kimi çalışdığı məlum olub. Sadə və səmimi xarakteri ilə diqqət çəkən Ceren Azak, futbol camiəsində maraq doğurub.
Keremin bu xoşbəxt günündə yaxın dostu Yunus Akgün də yanında olub. Onların sosial mediada paylaşdığı şəkillər minlərlə bəyənmə və təbrik mesajı alıb. Futbol dünyasından bir çox şəxs bu xüsusi gün münasibətilə cütlüyə xoş arzularını çatdırıb.
Lalə Qüdrətova
Milli.Az