İran dekabrın 28-dən etibarən ölkə ərazisində hərbi təlimlərə başlayacaq.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri, general-mayor Əziz Nəsirzadə deyib: "Bu şənbə günündən başlayaraq, düşmənin iddialarının əksinə olaraq, müdafiə qabiliyyətimizin azalmadığını, əksinə, əslində gücləndiyini nümayiş etdirən bir sıra hərbi təlimlərə start veriləcək".
Milli.Az