Dünya

Tokayev təyyarə qəzası ilə bağlı bu şəxsləri mükafatlandıracaq

28 Dekabr 2024 13:36
Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan prezidenti hökumətə aviaqəzanın nəticələrinin aradan qaldırılması zamanı cəsarət və yüksək peşəkarlıq nümayiş etdirmiş ən fərqlənən vətəndaşlara dövlət mükafatları təqdim etməyi tapşırıb.

Milli.Az xəbər verir ki, dövlət başçısı bu gün keçirilən müşavirədə qeyd edib ki, hadisədən sonra Aktau vətəndaşları qan vermək üçün növbəyə düzülüb, ilk dəqiqələrdən qurbanlara yardım əlini uzadıblar.

"Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi mərhəmət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülüblər. Çoxlu həmvətənlərimiz Azərbaycan səfirliyinin binası önünə gül dəstələri düzüblər. Bu reaksiya geniş şəkildə əks olunub. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin və könüllülərimizin fədakar əməyinin şahidi olub", - deyə Tokayev bildirib.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.