İdman

Arvadı məşhur qapıçısını "çöpsüz" qoydu - Kirayələrdə qalır - FOTO

27 Dekabr 2024 20:32
Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya millisinin sabiq qapıçısı Ruslan Niqmatullin evsiz qaldığı üçün Moskvada kirayədə yaşamalı olub.

Milli.Az bildirir ki, futbolçunun sözlərinə görə, keçmiş arvadı 27 il ərzində birlikdə əldə etdikləri bütün əmlakı əlindən alaraq xaricə yaşamaq üçün uçub. Futbolçu əmlakın 30 faizini özünə saxlayıb, 70 faizini isə keçmiş həyat yoldaşına vermək istəsə də, qadın razılaşmayıb.

Hazırda keçmiş həyat yoldaşları məhkəmə yolu ilə iki mənzili - Moskva və Mayamidə, eləcə də parkinq yerlərini bölürlər. Futbolçu bildirib ki, keçmiş həyat yoldaşı ilə şifahi razılaşıb, paytaxtdakı mənzillərini satıb pulu yarıya böləcəklər. Ev 123 milyon rubla satılsa da, qadın kişiyə heç nə verməyib.

Eyni zamanda Niqmatullin deyir ki, evlilikdə bütün pulları yalnız o qazanıb. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.