Ölkə

Pilotlarla dispetçerin danışığı yayıldı: Kşnyakinin qərarı... - FOTO

27 Dekabr 2024 23:24
Baxış: 2 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə AZAL-ın pilotları ilə Qroznıda dispetçer arasında danışıqların stenoqramı dərc olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu, Rusiya tərəfinin bütün yalanlarını sözün əsl mənasında ifşa edir.

Söhbətlərdən məlum olur ki, ruslar heç bir alternativ aerodrom təklif etməyiblər, təyyarənin enişinə də icazə verməyiblər. Nəzarətçi onların eniş və ya ən yaxın aerodromlara getməsi ilə bağlı dəfələrlə müraciətlərinə sadəcə cavab verməyib.

Buna görə də komandir Kşnyakin başqa ölkənin hava məkanına daxil olmaqla bağlı yeganə düzgün qərar verib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.