Ağstafada zəhərlənmə hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.
Kənd sakini 2009-cu il təvəllüdlü S.Hacıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yeniyetmə qıza yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, S.Hacıyeva dəm qazından yaşadığı evin hamamında zəhərlənib. /APA
Milli.Az