Cəmiyyət

Azərbaycanda süni intellekt üzrə yeni dövlət standartları qəbul edilib

28 Dekabr 2024 13:06
Baxış: 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC TR 24028:2024 "İnformasiya texnologiyaları - Süni intellekt - Süni intellektin etimadı doğrultmasına dair icmal" və AZS ISO/IEC TR 24372:2024 "İnformasiya texnologiyaları - Süni intellekt (Sİ) - Sİ sistemləri üçün hesablama yanaşmalarının icmalı" dövlət standartları qəbul edilib.

Bu barədə Milli.Az-a Dövlət Xidmətindən bildirilib.

Sözügedən dövlət standartları Sİ sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd Sİ sistemlərinin müxtəlif platformalar və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməkdir.

Qeyd edək ki, yeni dövlət standartları "İnformasiya-kommunikasiya texnologiyaları" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.