Dünya susuz qalacaq: sürətlə tükənir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda saxlanılan "əhəmiyyətli" miqdarda su ehtiyatları artıq tükənib. Söhbət torpaq, göllər və çaylar kimi mənbələrdən gedir.
Milli.Az xəbər verir ki, Melburn Universitetinin hidroloq professoru Dongryeol Ryu və onun həmkarı Ki-Weon Seo kompüter modellərinin gözlənilməz nəticə göstərdiyinə təəccübləniblər: Yer üzündəki su ehtiyatlarının - o cümlədən torpaq, çay və göllərdəki suyun - əksəriyyəti artıq tükənmiş vəziyyətdədir. Alimlər əvvəlcə bunun "modeldəki səhv" olduğunu düşünsələr də, bunun araşdırılması 1 il çəkdi və heç bir səhv aşkar olunmadı. Yeni araşdırmada alimlər təsdiqləyiblər ki, qlobal istiləşmə torpaq, göllər, çaylar, qar və digər su anbarlarında saxlanılan su ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb.
Komanda hesab edir ki, bu, kənd təsərrüfatı və dünya okeanının səviyyəsinin qalxması baxımından geri dönməz nəticələrə səbəb ola bilər. Bundan əlavə, alimlər qurudan okeana su ehtiyatlarının kütləvi şəkildə daşınmasının kənd təsərrüfatı üçün xüsusilə təhlükəli olduğunu bildirirlər. Məlumatlar göstərir ki, son təxminən 20 il ərzində Yer torpağındakı nəmişlik 2000 giqatondan çox azalıb. Müqayisə üçün qeyd edək ki, bu göstərici Qrenlandiyanın 2002-2006-cı illər arasında itirdiyi buz miqdarının iki qatıdır. Eyni zamanda, 10 ildə bir dəfə baş verən kənd təsərrüfatı və ekoloji quraqlıqların tezliyi artıb, dünya okeanının səviyyəsi qalxıb və Yer kürəsinin qütbü yerini dəyişib.
Ryu və həmkarları tədqiqatlarında 3 mənbədən əldə olunmuş məlumatlardan istifadə ediblər - bu geniş məlumat bazası fermerlərin üzləşdiyi "torpaqla bağlı daha dərin həqiqətləri" ortaya çıxarıb. Burada söhbət kəskin hava dəyişikliyindən gedir: Güclü quraqlıqdan sonra fermerlər selə səbəb olan kəskin yağıntı ilə üzləşirlər. Təəssüf ki, bu o demək deyil ki, yeraltı su ehtiyatları bərpa olunub. Tədqiqatın müəllifləri hesab edirlər ki, planetimizin torpaqları artıq elastikliyini itirib və indi sürətlə bərpa olmaq qabiliyyətinə malik deyillər. Daha da pisi odur ki, alimlər bu elastikliyin geri qayıdacağına əmin deyillər - bu, insanların iqlim dəyişikliyinin qarşısını almaq üçün hansı addımlar atacağından və su istifadə tərzini dəyişib-dəyişməyəcəyindən asılı olacaq.
Reallıq budur ki, artan istilik stresi bitkilərin daha çox suya ehtiyac duymasına səbəb olur - nəticə etibarilə alimlər hesab edirlər ki, su çatışmazlığından ən çox kənd təsərrüfatı, xüsusilə də suvarılan əkinçilik təsirlənəcək. Arizona Universitetinin ətraf mühit elmləri üzrə professoru Katharine Jacobs-un sözlərinə görə, Yer üzündə daha əvvəl baş vermiş və gələcəkdə də baş verməsi ehtimal olunan uzunmüddətli iqlim dəyişiklikləri mövcuddur. Onlardan bəziləri yuxarıda təsvir olunan tendensiyanı geriyə döndərə bilər, lakin alimlər hesab edirlər ki, bu, bizim həyatımız dövründə baş verməyəcək.
Tədqiqat həmçinin Yer kürəsinin fırlanmasında baş verən kiçik dalğalanmaların izahını da təsdiqləyir - bu dəyişikliklər planetin nəmişlik səviyyəsinin dəyişməsi ilə əlaqəlidir. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
KuPS - "Trabzonspor" matçında altı qol vuruldu
-
Bakı–Şamaxı yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)
-
“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” -
-
Nyu-Yorkda V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin Qala-konserti keçirilib - (Foto)
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu - Fikir çəkmə, telefona çək!





