ABŞ-da evsizlərin sayı indiyə qədər ən yüksək səviyyəyə çatıb.
Milli.Az Tass-a istinadla xəbər verir ki, ABŞ-ın Mənzil və Şəhər İnkişafı Departamentinin hesabatında deyilir ki, 2024-cü ilin yanvar ayında ölkədə 771 480 nəfər bir gecədə evsiz qalıb ki, bu da illik hesablamada 18% artım deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvarında ABŞ-da evsizlərin sayı 650 mini keçib.
Sənədə əsasən, bu il uşaqlı ailələrdə kimsəsizlərin sayı 39% artaraq 259 473 nəfərə çatıb.
Nəşr bildirir ki, evsizlərin sayının artması əlverişli mənzil çatışmazlığı, inflyasiya, eləcə də maaş artımının durğunluğu fonunda baş verib. Üstəlik, səhiyyə böhranı və təbii fəlakətlər vəziyyətə təsir edib.
Fidan
Milli.Az