Türkiyəli aktyor Atilla Olgaç təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, A.Olgaç "Kurtlar Vadisi" serialında canlandırdığı "Kılıç" obrazı ilə məşhurlaşıb. O, bir çox məşhur layihədə rol alıb.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bir neçə türkiyəli məşhur Azərbaycana başsağlığı verib. (Axşam.az)
Milli.Az