Kriminal

Şamo Eminov azadlığa buraxıldı

29 Dekabr 2024 12:33
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kanal 13" internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminov azadlığa buraxılıb.

Milli.Az bildirir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Ş.Eminovun barəsində olan həbs qətimkan tədbirinin müddəti bu gün başa çatıb və o, istintaq təcridxanasından azad edilib.

O, hazırda evindədir.

Xatırladaq ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov və əməkdaşı Şamo Eminov ötən il noyabrın ayında saxlanılıb.

Əziz Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra ona və Şamo Eminova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl onlar barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Əziz Orucovun ittiham olunduğu maddə üzrə cinayət işinə Səbail rayon Məhkəməsində baxılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.