Dünya

Qadınlara görə evlərin quruluşunu dəyişdirirlər - FOTO

31 Dekabr 2024 18:31
Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstan İslam Əmirliyinin Ali rəhbəri Heybətullah Axundzadə əfqanların evlərində pəncərələrin və havalandırma sistemlərinin layihələndirilməsi və tikintisini tənzimləyən fərman imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Məlumata görə, dəyişikliklər evlərdə olan qadınların həm ayaq üstə, həm də oturaq vəziyyətdə görünməməsi üçün edilib.

Sərəncamda vurğulanır ki, əgər kimsə ev, yaxud bina tikmək istəyirsə, o zaman pəncərələri qonşunun mətbəxinə və ya qadınların adətən oturduğu digər yerlərə tərəf qoymaq mümkün olmayacaq.

Bununla belə, əgər kimsə qonşusunun evinə baxan pəncərə açmaq qərarına gəlsə, o zaman o, həmin pəncərənin qarşısında kişi boyu hündürlüyündə divar çəkməlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.