Kriminal

“Dayı”nın işi düyünə düşüb...

1 Yanvar 2025 00:12
Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

N saylı hərbi hissənin Maliyyə xidmət bölməsinin mühasibi işləmiş Alı Əliyevin ibtidai istintaqı tamamlansa da, xeyli vaxtdır məhkəmənin başlaması uzanır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb işin hansı məhkəmədə baxılmalı olduğunu aid etməyin mümkün olmamasıdır.

"Dayı" ləqəbi ilə tanınan müttəhimin vəkili Orxan Zeynalov hesab edir ki, bu işə hərbi məhkəmədə baxıla bilməz. Çünki müvəkkili mülki şəxsdir. Amma ilkin istintaqın sonunda müdafiəçinin fikri əsassız sayılıb və toplanmış materiallar Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Amma hərbi məhkəmə işi araşdırmaqdan imtina edib. O, əsasla ki, aidiyyət məsələsi pozulub. Bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası təyin edilib.

Maraqlıdır ki, bu məhkəmə də işin onlara aid olmadığı qənaətinə gəlib.

Son qərar belə olub ki, Gəncə Hərbi Məhkəməsi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı yarandığından, məsələnin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət edilsin.

İş materialları yuxarı instansiya məhkəməsinə göndərilib, məsələ həll olunana qədər "Dayı"nın həbsdə saxlanılmasına qərar verilib.

Qeyd edək ki, "Dayı" bu ilin martında həbs edilib. O, külli miqdarda rüşvət almaqda ittiham edilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.